Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Samit Nuruzadə:”Ağacdan bar götürmək istəyiriksə, ona qulluq etmək lazımdır” -VİDEO
Basketbol məktəblərimizə qayıdır
Azərbaycan Basketbol Federasiyası 2016-cı ilin yekunlarına dair mətbuat konfransı keçirib. Sportfm.az xəbər verir ki, tədbirdə iştirak edən yığmamızın baş məşqçisi Samir Nuruzadə çıxış edərək, basketbolumuzda baş verən hadisələrdən danışıb. O bildirib ki, federasiya fəaliyyətini təkmiləşdirərək, tədbirlər planı hazırlayıb, təşkilati məsələlərə yenidən baxıb və inkişaf üçün vacib olan qərarlar qəbul edib. Həmçinin, Samit Nuruzadə il ərzində görülən işlərdən, gənclərin Avropa çempionatındakı çıxışından, xaricə yollanan idmançılarımızdan bəhs edib. Jurnalistlərin suallarını cavablandıran mütəxəssis qeyd edib ki, əsas diqqəti gənclərin inkişafına yönəldiblər. 5 illik plandan danışan baş məşqçi, təlim-məşq toplanışlarının təşkil ediləcəyini, məktəblərdə bu idman növünün yenidən tədris edilməsi üçün əllərindən gələni edəcəklərini bəyan edib. S.Nuruzadənin sözlərinə görə, basketbolun inkişafı üçün ilk növbədə, məktəblərdə bu idman növünü təbliğ etmək lazımdır. O, yığma komandaların məşqi üçün bazanın olmamasından söz açıb: "Bizim məktəb zallarından çıxmaq fikrimiz yoxdur. Çünki materialımızı oradan götürürük. Məşqçilərin orada çalışması çox vacibdir. Ağacdan bar götürmək istəyiriksə, ona qulluq etmək lazımdır. Hər bir idman növündə olduğu kimi, bizdə də problem var. Məsələn, bazamızın olmaması. Ancaq bunu şikayət kimi qəbul etməyin, problemin öhdəsindən gəlirik".
Əvvəllər İngiltərə və İspaniya kimi ölkələrdə çalışan Nuruzadə basketbol idman növünün bölgələrdə də inkişafı üçün zəruri tədbirlər görüldüyünü qeyd edib. Ölkə xaricinə üz tutan basketbolçuların adlarını çəkən Nuruzadə, son zamanlar bu idman növünə marağın artdığını vurğulayıb. Baş məşqçi görülən işlərin bəhrəsi olaraq, 4-5 ildən sonra ölkə çempionatının yüksək səviyyədə, gərgin mübarizə şəraitində keçəcəyinə ümid etdiyini bildirib.


Oxşar xəbərlər
Şərqi Zəngəzur komandası yoldaşlıq görüşü keçirib
Rəsmilər idmançılarla görüşdü - FOTO
Sadıq Sadıqova xüsusi mükafat təqdim edildi
Bakıda cüdo üzrə beynəlxalq seminar keçirilir
Basketbolçularımız məğlub oldular
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu












Misli Premyer Liqası