Ağır Atletika yığmasının üzvlərindən etiraz -Maaşlarımızı vermirlər - VİDEO
Ağır Atletika üzrə Azərbaycan yığmasının üzvləri uzun müddətdir maaş almadıqları, normal təlim-məşq toplanışı keçmədikləri etiraz videosu yayımlayıblar.
Sportfm.az xəbər verir ki, videomüraciətdə idmançılar Ağır Atletika Federasiyasının rəsmilərinin uzun müddətdir onlara yalan vədlər verdiklərini, iki aydan artıqdır maaş üzünə həsrət qaldıqlarını bildiriblər. Federasiyada durumun çox ağır olduğunu, rəsmilərin işlərinin öhdəsindən gəlmədiyini, özbaşnaçılıq olduğunu, onların şikayətinə baxılmadığını söyləyiblər. İdmançılara tələb olunan vitaminlərin verilmədiyini, federasiya işçilərinə, konkret baş katib Rizvan Rəsulova müraciət etdikdə, onları dinləmədiklərini deyiblər.
Videonu izləmək üçün klikləyin:
Oxşar xəbərlər
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Ağır atletika üzrə Azərbaycan çempionatı start götürdü
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika turniri keçiriləcək
Bakıda ağır atletika üzrə açıq turnir keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası