Ronaldinyo 6 aylıq həbsə məhkum edildi -QƏRAR
Paraqvayda Braziliya millisinin sabiq hücumçusu, “Qızıl top”un sahibi Ronaldinyo və onun qardaşı Roberto de Assis Moreyra barədə məhkəmə hökmü çıxarılıb.
Sportfm.az xəbər verir ki, saxta sənədlərin düzəldilməsində ittiham olunan futbolçu barədə 6 aylıq həbs qərarı verilib. Bu müddətdə istintaq aparılacaq.
Məhkəmə həbsin ev dustaqlığı ilə əvəzləməsi barədə vəsatəti təmin etməyib. Hakimlər bildiriblər ki, belə bir hökm çıxarılsa, qardaşlar vətənlərinə qaça, Braziliya isə onları geri qaytarmaya bilər.
Xatırladaq ki, Ronaldinyo və qardaşı Paraqvay aeroportunda saxta pasport təqdim edərkən saxlanılıblar.
Əlavə edək ki, Braziliyada Ronaldinyonun 57 obyekti bloklanıb. Buna onun mülk tikintisi zamanı ekologiyaya vurduğu zərərə görə prokurorluğun çıxardığı 2,3 milyon avroluq cəriməni ödəməməsi səbəb olub.
Oxşar xəbərlər
Ronaldinyo azadlığa buraxıldı
Ronaldinyo həbsdə qalacaq - Məhkəmə qərarını dəyişmədi
Ronaldinyo azadlığa buraxılmadı
Messi Ronaldinyonu yalnız qoymayacaq - Nümunəvi addım
Ronaldinyo sərbəst buraxıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino













Misli Premyer Liqası