reklam
Gürcüstanda legioner həyatı yaşayan gənc futbolçumuz:
Sportfm.az xəbər saytı

Gürcüstanda legioner həyatı yaşayan gənc futbolçumuz:"Futbol oynamaq başqa, futbolçu olmaq başqa şeydir"


Koronavirus pandemiyasına görə təxirə salınan Gürcüstan çempionatının bərpa tarixi məlum olub.

Futbol üzrə Gürcüstan çempionatı iyunun 25-dən bərpa olunacaq. Çempionatın başlanğıcına qədər futbolçular və məşqçilər korpusu iki dəfə koronavirus testindən keçəcək. Futbol üzrə Gürcüstanın Birinci liqasında çıxış edən “Şevardeni-1906” klubunun 22 yaşlı azərbaycanlı futbolçusu Murad İsmayılzadə də qonşu ölkə liqalarının başlamasını səbirsizliklə gözləyir. Saytımıza müsahibə verən gənc oyunçu karantin dövründə formada qalmaq üçün fərdi məşqlər etdiyini və tezliklə Tiflisə yollanacağını bildirdi. 

- Murad, futbol üçün darıxmısan? 

- Həm də çox. Məşqçim Qoqita Qoqua, komanda yoldaşlarım və ukraynalı legioner dostlarım, ümumiyyətlə futbol üçün çox darıxmışam. Reqlamentə görə Gürcüstan çempionatının oyunları təbii ot örtüyündə keçirilməlidir. Hətta o ot qoxusu üçün də darıxmışam. 3 aydan çoxdur ki, Bakıdayam, bir an  əvvəl klubumun sıralarına dönmək istəyirəm. 

- Qayıtmağı nə vaxt planlaşdırırsan? 

- Birinci liqanın başlaması haqqında hələ heç bir məlumat yoxdu, müntəzəm olaraq komanda yoldaşlarım və məşqçilərlə əlaqə saxlayıram. Ümidvaram ki, gələn həftə bu məsələyə aydınlıq gələcək. Burda tək mənim istəyim yetərli deyil, gərək sərhədlər də açılsın.  

- Karantin dövrü necə keçir? 

- Məşqçimiz hər kəs üçün xüsusi proqram göndərib, o proqram üzrə gündəlik məşqlərimi edirəm. Dəniz qırağında kross qaçıram, bağ evində həyətdə topla işləyirəm, boş vaxtlarımda gürcü dilini öyrənirəm. 

- Azərbaycanda “İnter”, “Sabah”, “Turan” kimi komandalarda oynamısan. Gürcüstan və Azərbaycan futbolunu necə müqayisə edərsən?

- İnfrastruktur və təhcizat baxımından, Azərbaycanda vəziyyət daha yaxşıdı, amma son vaxtlar, xüsusi ilə də Kaxa Kaladzenin Tbilisi meri təyinatından sonra, paytaxtda, Xaşuridə və bir neçə regionlarda Avropa standartlarına uyğun yeni baza və stadionlar inşa edilib. Sırf futbola gəlincə isə, Gürcüstanda 50-yə yaxın peşəkar klub və dörd liqa mövcuddur. Futbol keyfiyyəti baxımından bu liqalar da bir-birinə çox yaxındı. “Dinamo” Tbilisinin çıxış etdiyi Kristal Bet 1 liqası ilə, “Şevardeni -1906”nın mübarizə apardığı etdiyi Kistal bet 2 liqası bir-birlərinə çox yaxındı. Təsəvvür edin ki, bizim klubda mən və 5 nəfər ukraynalı legioner oynayır, onların bir çoxu tanınmış futbolçudu. Mövsümün əvvəli yoldaşlıq matçında biz yüksək liqada oynayan “Merani”ni 4-2 hesabı ilə məğlub etdik. Hətta, Gürcüstanın 3 liqasında “Quriya”, “Kolxeti”, “Spayer” kimi kifayət qədər güclü komandalar var.

- Komandada sənə münasibət necədi? 

- Bir şikayətim yoxdu. Komandamız yaşlı və gənc futbolçulardan tərtib olunub. Klubun konsepsiyası, meydançada yaşlı futbolçuların təcrübəsi ilə gənclərin gücünün və dinamikasının sintezini yaratmaqdı. Bu baxımdan münasibətlər çox işgüzar və istidi, təcrübəli futbolçulardan öyrənməyə çalışırıq. Futbol oynamaq başqa, futbolçu olmaq başqa şeydir. Mən bunu “Şevardeni” yə gəlincə dərk etdim.

- Murad, sənə uğurlar arzu edirəm, maraqlı söhbətə görə minnətdaram.

- Siz də sağ olun.

Qeyd edək ki, Gürcüstan çempionatı koronavirus pandemiyasına görə martda, 2-ci turdan təxirə salınmışdı.

Söhbətləşdi: Araz Əhmədov

Oxşar xəbərlər

"Səbail" Gürcüstan klubu ilə bərabərə qaldı - Yoxlama görüşü
Çempionatın formatı dəyişdirildi - Gürcüstanda
Gürcüstan çempionatının bərpa tarixi açıqlandı - Azərbaycanlı futbolçu testindən keçəcək
21 yaşlı azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq - EKSKLÜZİV
"Hər oyunumuzda tribunaların səksən faizi dolur" - Nicat Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər