reklam
Çempionlar Liqası təxirə salınacaq! -
Sportfm.az xəbər saytı

Çempionlar Liqası təxirə salınacaq! -ŞOK


Koronavirusun sürətlə yayılması idman oyunlarından da yan keçmədi.

Sportfm.az xəbər verir ki, epidemoyanın sürətli artmasından ən çox futbol yarışları zərər görür. Artıq bir neçə liqaların rəhbərləri ölkə çempionatlarının bəzi oyunlarını təxirə salıblar.

UEFA-nın vitse-prezidenti Mixele Uva virusun Avropa Çempionatına təsirdən danışıb:

"Ev sahibi olan ölkələrin virusla bağlı qərarlarına uyğun hərəkət etməliyik. Turniri təxirə salmaq və şəhər dəyişikliyi etmək istəmirik. Ancaq ev sahibi olan şəhərlərdən hansısa qaranti verməsə, dəyişiklik etməyə məcbur ola bilərik".

UEFA rəsmisi Çempionlar Liqası və Avropa Liqasının oyunlarının təxirə salınmaq ehtimalları barədə də söhbət açıb:

"Hazırda hər ölkənin vəziyyəti dəyərləndirilir. UEFA hər dövlətin rəsmilərinin virusla bağlı qərarına baxacaq. Əgər koronavirus epidemiyası Avropada istəmədiyimiz hala gələrsə, Çempionlar Liqası və Avropa Liqasını dayandırmaq məcburiyyətində qala bilərik".

 

Oxşar xəbərlər

UEFA mühüm qərar verdi - finallar təxirə düşdü
UEFA qərar verir - AÇ təxirə salınacaq
Avropa Çempionatı təxirə salınır! - UEFA məsələyə baxacaq
UEFA federasiyaları bir araya yığacaq
UEFA koronavirusla bağlı açıqlama verdi - Avropa Çempionatı...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər