Avropa Çempionatı təxirə salınır! -UEFA məsələyə baxacaq
UEFA martın 17-də keçiriləcək toplantıda AÇ-2020-nin bu ilin dekabrına təxirə salınması məsələsinə baxacaq.
Sportfm.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri xəbər yayıb.
Bildirilir ki, belə bir təxirəsalınma təsdiqlənsə, bu, Avropada koronavirus epidemiyası ilə əlaqədar təxirə salınmış milli çempionatları başa vurmağa imkan verəcək.
UEFA-nın futbol qurumunun rəsmisi Evelina Kristillin də mətbuata açıqlamasında AÇ-2020-nin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınması üzərində çalışdıqlarını etiraf edib.
Daha əvvəl “L Equipe” nəşri Avropa çempionatının 2021-ci ilədək təxirə salınacağını yazmışdı. Lakin bu barədə rəsmi qərar martın 17-də qəbul olunacaq.
Qeyd edək ki, AÇ-2020 12 iyun – 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdı. Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidi.
Oxşar xəbərlər
AFFA Avropa Çempionatı ilə bağlı razılıq verdi
UEFA-dan Avro-2020 ilə bağlı vacib qərar
1,9 milyard avro - Koronavirus UEFA-nı ziyana saldı!
UEFA Avropa çempionatını 1 il təxirə saldı - RƏSMİ
UEFA qərar verir - AÇ təxirə salınacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası