reklam
Rəşad Sadıqov:
Sportfm.az xəbər saytı

Rəşad Sadıqov: "Bazar ertəsindən müalicəyə başlayacağıq"


"Qarabağ"ın və Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun zədəsinin son durumu məlum olub. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu dünən Londonda həkim müayinəsindən keçdikdən sonra onun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.
"Fiorentina" ilə oyundan sonra zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim. Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə risk olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacam".

Oxşar xəbərlər

“Qarabağ”ın qapıçısının durumu məlum oldu
Mahir Emreli yaşıl meydanlardan uzaq qalacaq
"Səbail"in müdafiəçisi zədələndi
"Qarabağ"ın futbolçusu bu mövsüm bir daha meydana çıxmayacaq
"Qarabağ"a qarşı oynamayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər