Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çempionlar Liqasında 1/8 final başlayır
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Turnirin son çempionu "Liverpul"u İspaniyada "Atletiko"nun qonağı olacaq. Madrid təmsilçisinin heyətində Kiran Trippye və Ektor Errera zədə səbəbindən görüşü buraxacaq. Hücumçular Joao Feliks və Dieqo Kostanın iştirakı isə sual altındadı. Qonaqlarda isə Cerdan Şakiri zədəlidir, aparıcı futbolçu Sadio Manenin durumu isə bəlli deyil.
Günün digər matçında "Borussiya" (Dortmund) PSJ-ni qəbul edəcək. Hər iki komanda meydana itkilərlə çıxacaq. Meydan sahinlərinin əsas futbolçularından Marko Roys və Tomas Deleney zədəlidir. Yulian Brandtın durumu oyun vaxtı bəlli olacaq. Paris klubunda Abdu Diallo, Kolin Daqbanın zədə səbəbindən matçda iştirak etməyəcəyi dəqiqdir. Kimpembe və Neymarın durumu isə bilinmir.
Komandalar arasındakı cavab oyunları martın 11-də olacaq.
Qeyd edək ki, mərhələnin iki oyunu sabah, dördü gələn həftə keçiriləcək.
Çempionlar Liqası
2019/20 mövsümü
1/8 final (ilk oyunlar)
18 fevral
00.00 Atletiko (İspaniya) - Liverpul (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa).
Madrid. "Vanda Metropolitano" stadionu.
00.00 Borussiya (Dortmund, Almaniya) - PSJ (Fransa)
Baş hakim: Mateo Laos (İspaniya).
Dortmund. "Siqnal İduna Park”.
Oxşar xəbərlər
"Barselona" PSJ-ni, "Atletiko" "Borussiya"nı məğlub etdi - Çempionlar Liqası
"Barselona” ilə PSJ üz-üzə - Çempionlar Liqası
"Beşiktaş" "Sportinq"ə, "Atletiko" "Liverpul"a qarşı - Çempionlar Liqası
"Liverpul" uduzdu, "Borussiya" fransızlardan güclü oldu - Çempionlar Liqası
İngilislər Almaniyada sevindi - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası