reklam
Nyukasl Universitetinin tələbələrindən millimizə dəstək
Sportfm.az xəbər saytı

Nyukasl Universitetinin tələbələrindən millimizə dəstək


Böyük Britaniyanın Nyukasl Universitetinin tələbələri DÇ-2018-in seçmə mərhələsində  sabah keçiriləcək Şimali İrlandiya  - Azərbaycan oyununda millimizi dəstəkləyəcək. Qol.az-a bu barədə Nyukasl Univeristeti maliyyə-iqtisadiyyat fakultəsinin üçüncü kurs tələbəsi Orxan Hüseynbəyli məlumat verib. O, bildirib ki, Nyukasldan Belfasta beş tələbə gedəcək. Belfastda oxuyan tələbə həmkarları da onlara qoşulacaq.  O.Hüseynbəyli onu da qeyd edib ki, matç üçün xüsusi bəstə hazırlanıb və onlar tribunadan bu mahnını ifa edəcəklər. Bəstəni Hollandiyada yaşayan tələbələrin "Milli dəstə” fan-klubu hazırlayıb və onlar da həmin bəstəni öyrəniblər.
Qeyd edək ki, Belfastın "Vindzor Park”ında 60-dan çox Azərbaycan bayrağı dalğalanacaq və oyun Bakı vaxtə ilə saat 23:45-də başlayacaq.

Oxşar xəbərlər

Belfastda millimizə aid bəstələr səslənəcək
Şimali İrlandiya - Azərbaycan matçında qara sarğı
Türk futbolçu niyə milli komandamızın düşərgəsinə qoşulmayıb?
Prosineçkinin Belfastdakı mətbuat konfransının vaxtı açıqlandı
Millimiz Belfastda dəstəksiz qalmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər