"Qəbələ"nin "Səbail"lə 13-cü dueli
Bu həftə Premyer Liqada 17-ci turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, “Qəbələ” səfərdə “Səbail”lə qarşılaşacaq. “Qırmızı-qaralar” tarixdə 13-cü dəfə Bakı təmsilçisi ilə görüşəcək. İndiyədək iki rəqib arasında 12 matç keçirilib. Bu qarşılaşmalarda üstünlük "qırmızı qaralar"ın tərəfindədir.
7 dəfə paytaxt təmsilçisinə qalib gələn “Qəbələ” 3 heç-heçə edib və 2 matçda uduzub. Rəqib qapısından 23 top keçirən futbolçular 11 qol buraxıblar. "Qəbələ"ninn yaxşı bombardiri “Səbail”in qapısına 6 qol vuran Baqali Dabodur. Famussa kone və Ceyms Adeniyi hərəyə 3 dəfə fərqlənib.
Əvvəlki oyunlardan ikisi Azərbaycan kuboku, onu Premyer Liqa çərçivəsində keçirilib. Çempionatdakı görüşlərdən beşində qələbə qazanan “Qəbələ” üç heç-heçə edib və iki dəfə uduzub. Top fərqi də “qırmızı-qaralar”ın xeyrinədir – 18:9.
Səfərdəki 6 matçda 2 qələbə və 2 heç-heçəsi olan əyalət təmsilçisi 2 dəfə məğlub olub. Rəqib meydanında 10 qola sevinən "Qəbələ" 8 top buraxıblar.
Fevralın 16-da keçiriləcək “Səbail” – “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.
Oxşar xəbərlər
"Keşlə" - "Qəbələ" - 56-cı duel
31-ci dueldən kim qalib ayrılacaq?
"Qəbələ" və "Səbail"in 11-ci dueli
Elmar Baxşıyevi 8-ci dueldə nə gözləyir?
"Qəbələ" "Səbail"ə qarşı - 8-ci dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası