Koronavirusla bağlı zarafat ona baha başa otura bilər
Futbol üzrə İngiltərə yığmasının və “Tottenhem”in yarımmüdafiəçisi Dele Allinin sosial şəbəkələrdən birində paylaşdığı video ona çox ciddi problem yaradıb.
Sportfm.az xəbər verir ki, 23 yaşlı futbolçu “Snapchat”da Çində meydana gələn və bütün dünyanı qorxu içində saxlayan koronavirusla bağlı asiyalı insanlarla zarafat etmək istəyib.
Amma onun bu zarafatı heç də birmənalı qarşılanmayıb. Bu üzdən də futbolçu az sonra həmin videonu silmək məcburiyyətində qalıb. O, başqa bir video paylaşmaqla hər kəsdən üzr istəyib:
“Bu, komik deyildi və bunu dərhal başa düşərək videonu sildim. Özümü və klubumu pis vəziyyətdə qoydum. Başa düşürəm ki, bu durum zarafat mövzusu deyil. Bütün sevgimi, düşüncələrimi və dualarımı Çindəki hər kəsə göndərirəm”.
Bu məsələ İngiltərə Futbol Assosiasiyası da biganə qalmayıb. Qurum dərhal futbolçunun hərəkəti ilə bağlı araşdırmaya başlayıb. Britaniya mətbuatının iddiasına görə, federasiya Dele Allini 2 oyunluq cəzalandıra bilər.
Qeyd edək ki, hazırda dünya miqyasında 40 mindən çox insanda koronavirus aşkarlanıb, 1000-ə yaxın şəxs isə bu xəstəlik səbəbindən dünyasını dəyişib.
Oxşar xəbərlər
Dele Alli zədəsini sağaltdı
Messi Argentinaya yardım etdi - FOTO
Qapıçını öpmək üçün 3000 verən aparıcı - FOTO
Xorvatiyalı futbolçunun Ukrayna şüarı qalmaqala səbəb oldu
Ulduz futbolçunun yaydığı videolar başına bəla oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası