Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AVRO-2020 biletləri üçün lotereyanın cavabları açıqlandı
UEFA Avro-2020-nin biletləri üçün 2019-cu ilin 4-18 dekabr tarixlərində futbol azarkeşlərinin lotereya sistemi vasitəsilə müraciəti prosesi həyata keçirilmişdir.
Sportfm.az xəbər verir ki, yanvarın 31-dən başlayaraq lotereyada iştirak edənlərə müraciətlərinin yekun statusu barədə e-poçt bildirişləri göndərilməyə başlanıb. Müraciəti uğurlu olan iştirakçılar hesablarına daxil olaraq əvvəlcədən seçdikləri oyunlara göstərdikləri sayda biletləri əldə etmək üçün ödəniş etməlidirlər. Ödəniş uğurla tamamlandıqdan sonra müraciətçilərə bildiriş e-maili göndəriləcək. Lotereyada iştirak edərək bilet müraciəti edənlər üçün ödənişin son tarixi 7 fevral, saat 17:00-a qədərdir.
Bir hesabdan icazə verilən maksimum limiti keçməmək şərtilə yenidən əlavə bilet almaq üçün euro2020.com/bakutickets keçidinə daxil olmaq və onlayn ödəniş etməklə biletləri birbaşa əldə etmək də mümkündür. Müraciətçilər özü də daxil olmaqla, hər oyuna maksimum 4 bilet ala bilər. 1 hesabdan alınan biletlər üçün oturacaqlar yan-yana bölüşdürülür. 2 və daha çox hesabdan ümumilikdə 4-dən çox bilet alan müraciətçilər də bir-birinin hesablarındakı sifariş nömrəsindən istifadə etməklə oturacaqlarının yanaşı olması üçün müraciət edə bilər.
Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 75 avro, üçüncü kateqoriya 30 avro dəyərindədir. Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılır və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz verilir.
Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00
Uels - İsveçrə
17 iyun, saat 20:00
Türkiyə - Uels
21 iyun, saat 20:00
İsveçrə - Türkiyə
4 iyul, saat 20:00
¼ final oyunu
Uels - İsveçrə
17 iyun, saat 20:00
Türkiyə - Uels
21 iyun, saat 20:00
İsveçrə - Türkiyə
4 iyul, saat 20:00
¼ final oyunu
Oxşar xəbərlər
Birbaşa bilet satışı başladı - AVRO-2020 üçün
Avropa Çempionatının biletləri satışa çıxarıldı - FOTO
Final üçün biletlər satışa çıxarıldı
Bilet satışının bitməsinə 5 gün qaldı
Avropa Liqasının finalının biletləri nə vaxt ala bilərik?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Güləşçilərimiz yarımfinala yüksəldi - Avropa çempionatı

Misli Premyer Liqası