Fatih Terimlə "Qalatasaray" prezidenti arasında gərginlik -Arda transferi baş tutmadı
“Qalatasaray” rəhbərliyi keçmiş futbolçusu Arda Turan transfer etməkdən vaz keçib.
Sportfm.az xəbər verir ki, baş məşqçi Fatih Terim keçirdiyi mətbuat konfransında Arda Turanın transferi ilə əlaqədar klubun prezidenti və vitse-prezidenti ilə görüşdüyünü söyləyib.“Mən klubun öz yetirməsinə, bir dəyərinə sahib çıxması təklifini irəli sürdüm. Amma onlar bu qərarda olmadıqlarını dedilər. Bu, fikir ayrılığıdır” – deyə Terim qeyd edib.
“Qalatasaray”ın prezidenti Mustafa Cengiz də bu gün keçirdiyi mətbuat konfransında bir daha bəyan edib ki, Arda Turan onların tranfer gündəmində yoxdur: "Sevgili camiəmizə ifadə edirəm ki, bu qardaşımız transfer planlarımıza daxil deyil. Bunu söyləməkdən bezmişəm. Bu mövzunun qapanmasını istəyirəm".
Xatırladaq ki, müqavilə ilə “Barselona”ya məxsus olan Arda Turan bir müddət əvvəl icarə qaydasında çıxış etdiyi “Başakşehir”i tərk edib.
Oxşar xəbərlər
Arda "Qalatasaray"la anlaşdı - Transferin detalları
Terim prezidenti razı saldı - Arda gəlir
Qış fasiləsində heç bir klubla müqavilə bağlamasa, karyerasını bitirəcək
"Qalatasaray"dan açıqlama verdi - Arda Turanın transferi ilə bağlı
Arda Turan "Qalatasaray"a qayıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası