reklam
Bakı dünya çempionatına ev sahibliyi edəcək
Sportfm.az xəbər saytı

Bakı dünya çempionatına ev sahibliyi edəcək


Azərbaycan Gimnastika Federasiyası ilin ən önəmli yarışlarından birinə hazırlaşır. Bakı 14 ildən sonra – sentyabrın 16-22-də bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Sportfm.az xəbər verir ki, zərif gimnastlar Milli Gimnastika Arenasında 1 həftə boyunca öz güclərini sınayacaqlar. Həm fərdi gimnastlar, həm qrup hərəkətləri komandaları ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaq, həmçinin komanda hesabında da ən yaxşıların adları açıqlanacaq.

Qeyd edək ki, dünya çempionatı “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Çempionat yalnız medalçıları deyil, həm də Olimpiadaya namizədlərin adlarını da müəyyənləşdirəcək. 

Oxşar xəbərlər

Dünya çempionatının səfiri əqli imkanları məhdud uşaqlarla görüşdü - FOTO
Ağalarov Bakıda keçiriləcək dünya çempionatının açılışında çıxış edəcək
Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatı start götürdü
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək
Gimnastlar Azərbaycan çempionatında güclərini sınayacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər