reklam
Azərbaycan yığması Xorvatiya ilə üz-üzə
Sportfm.az xəbər saytı

Azərbaycan yığması Xorvatiya ilə üz-üzə


Bu gün futzal üzrə Azərbaycan milli komandası elit-raund mərhələsində ilk oyununu keçirəcək.

Sportfm.az xəbər verir ki, komandamız Osiek şəhərindəki “Qradski vrt Arena”da Xorvatiya yığması ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Görüşü italiyalı hakimlər – Angelo Qalante, Nikola Manzione, Alessandro Malfer idarə edəcəklər.

Xorvatiya futzalçıları millimiz üçün uğursuz rəqibdirsə, oyunların keçirildiyi məkan uğurlu arenadır. Belə ki, bu komanda ilə indiyədək 4 dəfə üz-üzə gəlmişik. İlk 3 oyunda xorvatlar qələbə qazanıb – 6:3, 5:1, 3:1. Sonuncu duel isə 2015-ci ildə məhz bu arenada baş tutub. Həmin oyunun əksər hissəsində hesabda öndə olan millimiz sona yaxın üstünlüyünü əldən verib və görüş heç-heçə başa çatıb – 4:4.

Onu da qeyd edək ki, ilk dəfə 2016-cı ildə iştirak etdiyimiz dünya çempionatının final mərhələsinə yol məhz Osiekdən başlamışdı. 2015-ci ilin dekabrında millimizin də yer aldğı əsas mərhələnin qrup oyunları məhz bu arenada təşkil olunmuşdu. Həmin il dekabrın 10-da keçirilmiş ilk matçda Belarus yığmasına 7:2 hesabı ilə qalib gələn komandamız ertəsi gün İsveç futzalçılarını 8:2 hesabı ilə üstələmişdi. Meydan sahibləri ilə görüş isə 4:4 hesabı ilə yekunlaşmışdı. Bununla da qrup mərhələsini birinci pillədə baş vuran millimiz pley-off-da Niderland yığması ilə qarşılaşmışdı. Səfərdə 5:1 hesablı qələbənin ardından Bakıda 4:4 hesablı heç-heçə qeydə alındı ki, bu da iki oyunun yekununda millimizin Kolumbiyada təşkil edilən DÇ-2016-ya yollanmasına imkan verdi. İlk dəfə final mərhələsinin həyəcanını yaşamasına baxmayaraq, komandamız 1/4 finala qədər yüksəldi.

Onu da qeyd edək ki, bu dəfə qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci pillənin sahibi olacaq komandalar isə pley-off-da üz-üzə gələcəklər. Pley-off mərhələsi aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Yığmamız qrup ikincisi olarsa, D qrupunun ikincisi ilə qarşılaşacaq.

DÇ-nin elit-raund mərhələsi

29 yanvar

23:00. Xorvatiya – Azərbaycan
Hakimlər
: Angelo Qalante, Nikola Manzione, Alessandro Malfer.
Osiek şəhəri. Qradski vrt Arena.

Xorvatiya: 12. Zarko Luketin (q), 20. Zoran Primiç (q), 3. Yosip Jurlina, 10. Tihomir Novak, 11. Yosip Suton, 16. Luka Suton, 8. Duşko Martinaç, 15. Matey Horvat, 9. Luka Periç, 13. Kristian Postrujin, 7. Franko Yelovçiç, 5. Duje Bayruşoviç, 6. Davor Kanjuh, 2. Vedran Matoşeviç.
Baş məşqçi: Mato Stankoviç

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 1. Emin Kürdov (q), 3. Tyaqo Telles Martins “Bolinya”, 10. Oliveyra Da Nascimento “Vassura”, 5. Amir Şocaei, 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 16. Conathan Luiz De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 20. Eshaq Soorqali, 9. Rafael Vilela, 13. Kardoso Everton.
Baş məşqçi: Joze Alesio Da Silva.

Oxşar xəbərlər

Əsasən braziliyalılardan təşkil edilən yığmamız yeni sınaq ərəfəsində
Yığma komandamız Rusiyanı məğlub etdi
Bu gün Azərbaycan Rusiya ilə qarşılaşacaq
Millinin elit-raund üçün heyəti məlum oldu - SİYAHI
Dünya Çempionatında millimizin oyunlarını onlar idarə edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər