Emil Balayev Norveç yolunda
Qış fasiləsində Qazaxıstan təmsilçisi "Tobol"dan ayrılan Azərbaycan millisinin qapıçısı Emil Balayevin Norveç klubuna keçidi bu həftə gerçəkləşə bilər.
Sportfm.az xəbər verir ki, Balayev Skandinaviya ölkəsinə qarşıdakı günlərdə yollanacaq.
26 yaşlı qolkiper hələlik adı gizli saxlanılan klubun infrastrukturu, şəraiti ilə tanış olduqdan və şərtləri müzakirə etdikdən sonra təklifi cavablandıracaq. Norveçin Elitseriyasında çıxış edən komanda ötən mövsümü ilk "beşlik"də başa vurub.
Qeyd edək ki, Emil Balayev erməni mütəxəssis Qriqori Babayanın "Tobol"a baş məşqçi təyin olunmasından sonra Kostanay təmsilçisindən ayrılıb. Hazırda klubsuz olan qolkiper millinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydanında fərdi məşq edir.
Oxşar xəbərlər
Emil Balayev geri döndü - FOTO
Emil Balayev erməni məşqçi ilə çalışmaqdan imtina etdi - RƏSMİ
Erməni baş məşqçi Emil Balayev haqda danışdı
Emil Balayevin klubunda erməni futbolçu
Emil Balayev BƏƏ-yə yollanır - Futbolçumuz heyətdə yer alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası