reklam
Futbolçu oyun ərəfəsində öldürüldü
Sportfm.az xəbər saytı

Futbolçu oyun ərəfəsində öldürüldü


"Metlok Taun" klubunun futbolçusu Cordan Sinnot kütləvi davada aldığı xəsarətlərə görə həlak olub.

Sportfm.az "The Sun"a istinadən xəbər verir ki, ingiltərəli oyunçu huşsuz vəziyyətdə tapılıb. Polisin araşdırması nəticəsində ortaya çıxıb ki, o, barlardan birində 8 kişi və 1 qadının iştirak etdiyi davada olub. 25 yaşlı yarımmüdafiəçinin kəllə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi və orada dünyasını dəyişdiyi bildirilib. Futbolçuya xəsarət yetirməkdə təqsirli bilinən 27 yaşlı kişi saxlanılıb.

Qeyd edək ki, C.Sinnotun icarə əsasında çıxış etdiyi "Metlok Taun" oyunçunun ölümündən sonra planlaşdırılmış matçını ləğv edib.

Oxşar xəbərlər

Taksi sürən millinin sabiq üzvü öldürüldü - DƏHŞƏT
19 yaşlı futbolçu öldürüldü - FOTO
8 kişi, 1 qadın və qətl - Hadisə
"Qəbələ"nin futbolçusunun evindən oğurluq edildi - Görün kimi saxladılar!
Restoranda silahlı, bıçaqlı dava: "Dənizlispor"un amiqosu öldürüldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər