Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız çıxışların başa vurdu -Böyük Dəbilqə
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın son 2 cüdoçusu mübarizəyə qoşulub.
Sportfm.az xəbər verir ki, Aslan Mirzəyev 100 kq, Uşangi Kokauri isə 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib.
Mirzəyev 1/32 finalda qətərli Reda Nafvaya qalib gəlsə də, növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevə məğlub olub.
Kokaurinin ilk qarşılaşması isə 1/8 finala təsadüf edib. O, türkiyəli Cemal Erdoğana uduzub.
Bununla da hər iki cüdoçu yarışı erkən başa vurub.
Qeyd edək ki, Azərbaycan yığması Böyük Dəbilqəyə 7 kişi və 4 qadın cüdoçu ilə yollanıb. İlk 2 yarış günündə Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Tbilisidə növbəti medal - Böyük Dəbilqə
Cüdoçularımızın ilk rəqibləri bəlli oldu - Böyük Dəbilqə
Cüdoçularımız 2 medal qazandı - Böyük Dəbilqə
Cüdoçularımız ilk görüşlərində qələbə qazandı - Böyük Dəbilqə
Cüdoçularımız Qran-Prini medalsız başa vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası