Daha 3 cüdoçumuz medallar uğrunda yarışacaq
İsrailin paytaxtı Təl-Əvivdə start götürən Qran-Pri turnirində daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq.
Sportfm.az xəbər verir ki, təmsilçilərimiz Rüfət İsmayılov (90 kq) Serbiya cüdoçusu Boşko Borinoviç, Aslan Mirzəyev (100 kq) Mikita Svirid (Belarus), Şahin Qəhrəmanov (100 kq-dan yuxarı) almaniyalı Sven Heynle ilə ilk döyüşlərini keçirəcəklər.
Qeyd edək ki, ötən iki yarış gününü cüdoçularımız medalsız başa vurublar.
Yarışa 90-a yaxın ölkədən 500-dən çox cüdoçu qatılıb. Qran-Pri turnirinə bu gün yekun vurulacaq.
Xatırladaq ki, bundan əvvəl keçirilən analoji yarışda cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) qızıl, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar. Bu nəticə ilə komandamız ümumi hesabda 5-ci olub.
Oxşar xəbərlər
Cüdoçularımız Qran-Prini medalsız başa vurdu
Cüdoçularımız Təl-Əvivdə Qran-Pridə güclərini sınayacaqlar
“Böyük dəbilqə”də daha 4 cüdoçumuz mübarizəyə qoşuldu
Cüdoçularımız Təl-Əvivdə qızıl və bürünc medal qazandı
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası