Üç yubiley birdən
“Zirə” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının son oyununda Serbiya təmsilçisi “Napredak”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Sportfm.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmada hesabı açan Riçard Qadze komandanın beynəlxalq yoxlama oyunlarında 5-ci dəfə fərqlənib. O, “Zirə”nin Türkiyədə xarici klublara qarşı keçirdiyi matçlardakı ən yaxşı bombardiridir.
“Napredak”la görüşdə 2-ci qola imza atan Davit Volkov isə “Zirə”də ilk dəfə fərqlənib. Qol hesabını açan gürcüstanlı “qartallar”ın bu matçlarda rəqib qapısına yol tapan 27-ci futbolçusudur. Daha bir dəfə rəqib avtoqolu qeydə alınıb.
Volkovun qolu həm də komandanın beynəlxalq yoxlama oyunlarındakı yubiley – 40-cı qoludur. 29 matçda bu qədər qol vuran “Zirə”nin orta məhsuldarlığı 1,38-ə bərabərdir.
Oxşar xəbərlər
“Zirə”dən 250-ci qol
"Zirə"nin türkiyəlilərlə 6-cı dueli
"Zirə"nin əlamətdar səfər oyunu
"Zirə" - "Neftçi": 15-ci duel
"Zirə"nin 20-ci sınağı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"İmişli" "Şəfa"ya qalib gəldi - Premyer Liqa
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları














Misli Premyer Liqası