reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray"ın oyunçusu malyariyaya yoluxdu


"Qalatasaray"da icarə əsasında çıxış edən Henri Onyekuru malyariyaya yoluxub.

Sportfm.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb: "Müəyyənləşib ki, bizim komandamızın oyunçusu Henri Onyekuru müqaviləmizdən əvvəl məzuniyyətə getdiyi Nigeriyada - öz vətənində malyariya virusuna yoluxub. Futbolçunun sağlamlıq vəziyyətinin tibbi müayinəsi vaxtı xəstəliyin əlamətlərini göstərən heç bir əlamət aşkar edilməmişdi. Oyunçu özü bir gün əvvəl müşahidə edilən yüksək temperaturun səbəbini aşkar etmək üçün müayinədən keçməkdə təkid edib.

Müalicə beynəlxalq protokollar, həm də Səhiyyə Nаzirliyi tərəfindən göstəriş verilmiş protokollarla yüksək diqqət altında aparılır. İctimaiyyətə müalicə prosesinin gedişi və oyunçumuzun sağlamlıq vəziyyəti haqqında məlumat veriləcək". 

Qeyd edək ki, "Qalatasaray" "Monako"nun futbolçusunu bu ay transfer edib. İyirmi iki yaşlı hücumçu mövsümün sonunadək icarəyə götürülüb.

Oxşar xəbərlər

"Qalatasaray" oyunçusunu satdı
Nigeriyalı futbolçu “Qalatasaray”dan ayrıldı
Onyekuru "yuvaya geri döndü" - FOTO
Onyekuru geri dönür
"Qalatasaray"dan darmadağın

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər