"Ayaks"ın futbolçusu yaşıl meydanlara dönməyə bilər -Ürəyindəki problemə görə
"Ayaks"ın futbolçusu Deyli Blind ürək xəstəliyi səbəbindən karyerasını erkən bitirə bilər.
Sportfm.az xəbər verir ki, 29 yaşlı müdafiəçinin atası Danni Blind deyib ki, oğlunun peşəkar futbolçu kimi yaşıl meydanlara qayıtması onun təhlükəsizliyinə yüz faiz zəmanət vermir. Futbolçunun ailəsi futbolçunun səhhəti ilə bağlı əlavə şərh vermək istəmir. Klubu isə yaxın aylarda Blindin heyətə qayıdacağını gözləyir.
Qeyd edək ki, D.Blind 2018-ci ildə "Mançester Yunayted"dən "Ayaks"a transfer olunub.
Xatırladaq ki, hollandiyalı futbolçunun Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Valensiya" ilə matç zamanı başı gicəllənmişdi. Görüşdən sonra futbolçu müayinə olunub və ona miyokardit diaqnozu qoyulmuşdu. Daha sonra o, əməliyyat olunmuşdu.
Oxşar xəbərlər
Millinin futbolçusu "Ayaks"dan ayrıldı - Müqavilə ləğv edildi
Niderland millisinin yekun heyəti - AVRO-2020
"Ayaks" Niderland Superkubokunun sahibi oldu
"Keşlə"nin futbolçusu üçün il başa çatdı
"Mançester Yunayted"də 2 müqavilə - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası