Bakıdakı yarış ən yaxşılar arasında
Formula 1 üzrə 2017-ci il Azərabycan Qran Prisi son 10 ilin ən yaxşı yarışları arasında ilk onluğa daxil olub.
Sportfm.az xəbər verir ki, bu barədə Formula 1-in rəsmi saytında dərc olunan reytinqdə deyilir. Reytinqdə həmin mərhələnin ən yaddaqalan anları qeyd olunub.
Həmin yarışda “Ferrari” pilotu Sebastyan Fettel və “Mercedes” pilotu Lyuis Hemiltonun bolidləri toqquşub. Buna görə S.Fettel 10 saniyə cəza alıb.
2017-ci il Azərbaycan Qran Prisində “Red Bull” pilotu Daniel Rikkardo qalib gəlib. Valtteri Bottas (“Mercedes”) ikinci, Lens Stroll (“Williams”) üçüncü olub.
Formula 1-in son on ilin ən maraqlı yarışları reytinqində ilk üçlükdə isə 2019-cu il Almaniya Qran Prisi, 2011-ci il Kanada Qran Prisi və 2019-cu il Braziliya Qran Prisi qərarlaşıb.
Oxşar xəbərlər
Formula 1 podiumuna ən gənc pilotlar qalxdı - FOTO
Soçidə “Formula 1” üzrə Rusiya Qran-prisi start götürdü
Mövsümün 8-ci Qran-Prisinin qalibi oldu
Fettel yenə öndədir
Bakıdakı yarış ən yaxşı seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası