reklam
Sportfm.az xəbər saytı

"Liverpul"un kapitanı sıradan çıxdı


İngiltərə kubokunun 1/32 final mərhələsində "Everton"u 1:0 hesabı ilə məğlub edən "Liverpul" əvəzində bir futbolçusunu itirib.

Sportfm.az xəbər verir ki, kapitan Ceyms Milner sıradan çıxıb.

Yarımmüdafiəçi qarşılaşmanın 9-cu dəqiqəsində zədələnərək əvəzlənib. Baş məşqçi Yurgen Klopp 34 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu açıqlayıb: "Milner meydanı ağlayaraq tərk etdi. Çox güman ki, əzələsində problem yaşandı. Zədənin ciddi olduğunu düşünürük".

Qeyd edək ki, "Liverpul" növbəti oyununu yanvarın 11-də Premyer Liqanın XXII turu çərçivəsində "Tottenhem"ə qarşı keçirəcək.

Oxşar xəbərlər

Klopp "Liverpul"dan gedir - Rəsmi açıqlama
İnanılmaz göstərici - 800 oyun
"Liverpul"un futbolçusu zədələndi
"Liverpul"un oyunçusunun gözünü deşdilər - FOTO
"Liverpul"un futbolçusu milliyə qayıtmaqdan imtina etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər