Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Premyer Liqa komandası Roduelli heyətinə qatdı
İngiltərənin “Şeffild Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Cek Roduelli heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
“Everton”un yetirməsi olan ingilis futbolçu 2012-2014-cü illər aralığında “Mançester Siti”də forma geyinib. O, “Sanderlend” və “Blekbern Rovers”də də çıxış edib. İngiltərə yığmasında 3 oyun keçirmiş yarımmüdafiəçi son klubu “Blekbern Rovers”dən ayrılandan, yəni yaydan bəri işsiz idi.
Oxşar xəbərlər
Daha bir futbolçu "Hatayspor"u tərk etdi
Yeni ilin ilk transferi - Premyer Liqa
MY-nin sabiq futbolçusu “Başakşəhər”də - 2+1 illik müqavilə
“Mançester Yunayted”in sabiq futbolçusu dünyasını dəyişdi
Milli komandanın üzvü Premyer Liqa komandası ilə müqavilə bağladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası