Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milli komandanın üzvü Premyer Liqa komandası ilə müqavilə bağladı
İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Sportfm.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Şalke”dən Nabil Bentalebi transfer edib. Bu barədə “Nyukasl”ın rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında Premyer Liqa klubunun formasını geyinəcək.
“Nyukasl” mövsümün sonunda Bentalebin transfer hüquqlarına sahib ola bilər.
“Tottenhem”in yetirməsi olan Bentaleb, 2017-ci ildə 19 milyon avro qarşılığında “Şalke”yə keçmişdi. Yarımmüdafiəçi Əlcəzair milli komandasının da üzvüdür.
Oxşar xəbərlər
Premyer Liqa klubunda 18 milyonluq oyunçu - TRANSFER
Premyer Liqa klubunda yeni hücumçu
Premyer Liqa klubu məşqlərə başladı
“Valyadolid” klubu heyətini gücləndirib - Transfer
Premyer Liqa komandası Roduelli heyətinə qatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası