Azərbaycan çempionatında fərdi yarışların qalibləri məlum oldu -FOTO
Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında keçirilən Azərbaycan çempionatının fərdi yarışları başa çatıb.
Sportfm.az xəbər verir ki, kişilər arasında Yaşar Nəcəfov (60 kq), Orxan Səfərov (66 kq), Telman Vəliyev (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (100 kq) və Şahin Qəhrəmanov (+100 kq) qalib olublar.
Qadınların yarışında isə Ramilə Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), İçinkorloo Munxtsedev (57 kg), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq), Nərmin Əmirli (78 kq) və Gözəl Zutova (+78 kq) çempion adına layiq görülüblər.
Ölkə çempionatının qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin medal və diplomları, pul mükafatları təqdim olunub.
Medalların əyarına görə “Neftçi İdman Klubu” 1-ci yeri tutub. Sonrakı yerlərə “Judo 2012” və “Atilla” klubları layiq görülüblər. Komandaların nümayəndələrinə kuboklar və diplomlar təqdim olunub.
Qeyd edək ki, dekabrın 26-da çempionatın komanda yarışları keçiriləcək.
Oxşar xəbərlər
Cüdo üzrə respublika birinciliyi başa çatdı - FOTO
Ölkə çempionatının qalibləri məlum oldu - Nəticələr
Azərbaycan birinciliyinin bütün qalibləri məlum oldu
Azərbaycan çempionatının bütün qalibləri müəyyənləşdi - FOTO
Qurban Qurabanov Bakı çempionu oldu - cüdo üzrə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası