İslam Həmrəyliyi Oyunlarının təqdimatı keçirildi -FOTO
Türkiyədə Konyanın V İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar təntənəli imzalanma mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, mərasimdə Türkiyənin İdman və Gənclər naziri, ölkənin Olimpiya Komitəsinin prezidenti, Konya şəhər bələdiyyəsinin rəhbəri, idman federasiyalarının prezidentləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Azərbaycan tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin yeganə xanım üzvü, qurumun İdmanda Gender Bərabərliyi komitəsinin rəhbəri Könül Nurullayeva təmsil edib. Tədbir zamanı V İslam Həmrəyliyi Oyunlarının loqo təqdimatı keçirilib.
Könül Nurullayeva Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının təşkilati prosesində Azərbaycanın tətbiq etdiyi modellərdən danışıb, uğurun əsasını təşkil edən könüllülük fəaliyyətindən bəhs edib.
Oxşar xəbərlər
İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirildi
V İslam Həmrəyliyi Oyunlarının vaxtı müəyyənləşdi - Milli Məclisin deputatı məlumat verdi
Həmyerlimiz İslam dünyasının idmançı xanımlarını bir araya toplayacaq - FOTO
İslam Oyunlarının estafeti Türkiyəyə verildi
Növbəti İslam Oyunlarının harada keçiriləcəyi məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası