
İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirildi
Gələn ilin avqustunda Türkiyənin Konya şəhərində keçirilməsi planlaşdırılan V İslam Həmrəyliyi Oyunlarının vaxtı dəyişdirilib.
Sportfm.az xəbər verir ki, bu barədə qərarın qəbul olunmasına səbəb yeni növ koronavirusla əlaqədar (COVID-19) “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtının 2021-ci ilə dəyişdirilməsidir. Beləliklə, Konyada V İslam Həmrəyliyi Oyunlarının 2021-ci il sentyabrın 10-dan 19-dək keçirilməsi nəzərdə tutulub.
Bu qərar Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlunun sədrliyi ilə V İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsi rəhbərliyinin birgə müzakirəsindən sonra qəbul olunub.
Xatırladaq ki, sonuncu İslamiada - IV İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12-dən 22-dək Bakıda keçirilib. İslam Həmrəyliyi Oyunları dörd ildən bir təşkil edilir.

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 71 |
2 | Sabah | 27 | 62 |
3 | Neftçi | 27 | 56 |
4 | Zirə | 27 | 37 |
5 | Qəbələ | 27 | 36 |
6 | Turan | 27 | 28 |
7 | Kəpəz | 27 | 22 |
8 | Sumqayıt | 27 | 21 |
9 | Şamaxı | 27 | 20 |
10 | Səbail | 27 | 18 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |