Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA Azərbaycan klubunun gəlirlərini açıqladı
UEFA 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində çıxış edən klubların gəlirlərini açıqlayıb.
Sportfm.az xəbər verir ki, ötən mövsüm ölkəmizi qrup mərhələsində təmsil edən "Qarabağ"ın da qazancı bəlli olub. "Arsenal", "Sportinq" və "Vorskla" ilə E qrupunda yer alan Ağdam klubunun ümumi gəliri 4 847 954 (4 milyon, 847 min, 954) avro təşkil edib.
Bunun 2 milyon 275 min avrosu qrup mərhələsində iştiraka görə verilirsə, yerdə qalan hissəsi qrupda qazanılan nəticələr və marketinqlə bağlı gəlirlərdir.
Xatırladaq ki, ötən mövsüm qrupda keçirdiyi oyunların 5-də uduzan "Qarabağ", yalnız səfərdə Ukrayna "Vorskla"sını məğlub etmişdi.
Oxşar xəbərlər
UEFA-dan "Qarabağ"a 570 min avro mükafat
"Qarabağ"ın UEFA-dan alacağı mükafat bəlli oldu
UEFA ötən mövsümün gəlirlərini açıqladı
"Qarabağ"ın UEFA-dan qazancı
"Vorskla"nın oyunçusu Bakıya gətirilməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası