reklam
Botsvana yığmasının üzvü Bakıda soyuldu -
Sportfm.az xəbər saytı

Botsvana yığmasının üzvü Bakıda soyuldu -oğrular tapılmayıb


“Zirə”nin futbolçusu Mfo Kqasvaneni Bakının Səbail rayonunda dilənçilər qarət edib. Onun cibindən 500 dollar və 15 manat pul oğurlanıb. 

Sportfm.az xəbər verir ki, "qafqazinfo"ya açıqlama verən botsvanalı futbolçu hadisə barədə danışıb: “Belə bir hadisə baş verib. Mənə yaxınlaşıb qarşımda diz çökdülər və pul istədilər. Sonra necə oldusa, pul qabımı oğurlayıblar. Bundan heç xəbərim də olmayıb. Polisə şikayət etmişik, amma oğrular hələ tapılmayıb”. 

Faktla bağlı 9-cu Polis Bölməsi araşdırmalara başlanılıb.

Oxşar xəbərlər

"Nitsa"nın oyunçusunun evi soyuldu
"Neftçi"nin prezidenti Kamranı polisə verdi
Mahir Emrelinin evi qarət olundu
Ceyhun Sultanovun evi qarət olundu - Film kimi oğurluq
Rioda iki ölkənin paralimpiyaçıları qarət olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər