1/16 finalın cütlükləri məlum olur -Avropa Liqası
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.
Qol.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Avropa Liqasının qruplarından ilk iki yerin sahibi və Çempionlar Liqasında qrup üçüncüləri kimi mərhələ adlamış 32 komanda 2 səbətə bölünəcək. Səpələnmişlər səbətində Avropa Liqasında 12 qrupun qalibləri, eləcə də Çempionlar Liqasında qrup üçüncüsü olmuş komandalardan ən yüksək reytinqli 4 komanda yer alacaq. Türkiyənin yeganə təmsilçisi "Başakşehir" də güclülər arasında - səpələnmişlər səbətindədir.
Səpələnmişlər: "Ayaks" (Hollandiya), "Arsenal" (İngiltərə), "Bazel" (İsveçrə), "Benfika" (Portuqaliya), "Braqa" (Portuqaliya), "Seltik" (Şotlandiya), "Espanyol" (İspaniya), "Gent" (Belçika), "İnter" (İtaliya), "Başakşehir" (Türkiyə), LASK (Avstriya), "Malmö" (İsveç), "Mançester Yunayted" (İngiltərə), "Porto" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Sevilya" (İspaniya)
Səpələnməmişlər: APOEL (Kipr), "AZ Alkmar" (Hollandiya), "Bayer" (Leverkuzen, Almaniya), ÇFR (Rumıniya), "Brügge" (Belçika), "Kopenhagen" (Danimarka), "Ayntraxt" (Frankfurt, Almaniya), "Xetafe" (İspaniya), "Lüdoqorets" (Bolqarıstan), "Olimpiakos" (Yunanıstan), "Reyncers" (Şotlandiya), "Roma" (İtaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Sportinq" (Portuqaliya), "Volfsburq" (Almaniya), "Vulverhempton" (İngiltərə)
Qeyd edək ki, bu mərhələnin ilk oyunları gələn il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.
Oxşar xəbərlər
Avropa Liqasının püşkü atıldı
Avropa Liqasında 1/8 finalın qalan iştirakçıları müəyyənləşcək
Avroliqada 1/16 final başlayır
Avropa Liqasında 1/16 finala start verilir
Avropa Liqası: 1/16 finalın püşkü atıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası