reklam
Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək
Sportfm.az xəbər saytı

Məcburi köçkünlər arasında futzal turniri keçiriləcək


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə məcburi köçkün yeniyetmə və gənclər arasında futzal turniri təşkil edir.

Sportfm.az xəbər verir ki, bu münasibətlə Dövlət Komitəsində turnirdə iştirak edəcək komandaların nümayəndələri ilə görüş keçirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüş iştirakçılarını salamlayaraq, qaçqınlar və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yeniyetmələrin və gənclərin sağlam həyat tərzi keçirməsinin, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmasının vacibliyini qeyd edib. Bildirilib ki, artıq dünyada bir idman ölkəsi kimi tanınan Azərbaycanda bu sahəyə dövlət qayğısı yüksək səviyyədədir. Ölkəmizdə qitə və dünya miqyaslı mötəbər idman tədbirlərinin təşkili, atletlərimizin müxtəlif beynəlxalq yarışlarda böyük nailiyyətlər qazanması bunun sübutudur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, respublikanın, demək olar ki, hər yerində olimpiya idman kompleksləri, müasir idman qurğuları tikilib istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bunlar yeniyetmə və gənclərimizin fiziki və mənəvi sağlamlığın rəhni olan idmana marağını və bağlılığını daha da artırır.

Qeyd edilib ki, məcburi köçkünlər arasında futzal turnirinin təşkili də ölkəmizdə idmana olan qayğının bariz nümunəsi kimi dəyərləndirilməlidir. Hər bir komanda üzvünə turnir müddətində keçiriləcək oyunlarda uğur arzuyalan komitə sədri, bu cür yarışların silsilə xarakteri daşıyacağını, gələcəkdə daha da təkmilləşdiriləcəyini qeyd edib.

Turnir Mehdiabad və Müşfiqabad qəsəbəsi, Qobu park, Stansiya Sumqayıt, Kürdəxanı, Masazır, Binəqədi, Sumqayıt və Ramanada yerləşən yaşayış komplekslərini təmsil edəcək 9 komanda arasında keçiriləcək. Komandaların hər biri 11 nəfərdən ibarətdir. Turnirin sonunda mükafatçı komandalara kubok və diplomlar təqdim ediləcək.

Görüşün sonunda turnirin püşkatması keçirilib.

 

Oxşar xəbərlər

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
Göygöl şəhərində beynəlxalq cüdo turniri start götürdü
“Zəfər turniri-2021” turnirinə yekun vuruldu
Balakəndə “Qızlar futzal kuboku” turniri keçiriləcək
Azərbaycanda idmanla bağlı milli strategiya hazırlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər