reklam
Göygöl şəhərində beynəlxalq cüdo turniri start götürdü
Sportfm.az xəbər saytı

Göygöl şəhərində beynəlxalq cüdo turniri start götürdü


Göygöl şəhərində Azərbaycanın əməkdar məşqçisi Ariz Ələkbərovun xatirəsinə həsr olunmuş 18 yaşadək cüdoçular arasında beynəlxalq turnir start götürüb.

Sportfm.az xəbər verir ki, açılış mərasimində ACF-in vitse-prezidenti Elnur Məmmədli xarici və yerli iştirakçıları salamlayaraq, onlara uğurlar arzu edib.

O, Azərbaycanda cüdo idman növü üzrə beynəlxalq turnir təşkil olunmasını sevindirici hal kimi dəyərləndirib. "Bu, həm ölkədə yaradılan güclü idman infrastrukturun olması, həm də Azərbaycanda cüdonun dərin ənənələrə malik olması deməkdir. Beynəlxalq turnirin keçirilməsi ölkələrarası dostluq münasibətlərini daha da möhkəmləndirəcək. Bu tipli çempionatların təşkili ACF-in gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması və cüdonun təbliğatı istiqamətində gördüyü işlərdəndir".

Turnirin ilk günündə qızlar arasında 36, 40, 44 və 48 kq., oğlanlar arasında isə 46, 50, 55 və 60 kq çəki dərəcələrində görüşlər keçirilir.

Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışda Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Sloveniya və Polşadan 100-dən çox idmançı mübarizə aparırlar.

İki gün davam edəcək turnirdə Azərbaycanın 400-ə yaxın gənc cüdoçusu qüvvəsini sınayacaq.

Oxşar xəbərlər

Bakıda 1500-dən çox idmançı qüvvəsini sınayacaq - Beynəlxalq turnir
Göygöldə beynəlxalq turnir keçiriləcək - Cüdo üzrə
İdmançımz beynəlxalq turnirin qalibi oldu - Uğur
Rövnəq Abdullayev Marius Vizerlə görüşdü - Antalyada
Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri start götürdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər