reklam
Azərbaycan Super Liqasının açılışı keçirildi
Sportfm.az xəbər saytı

Azərbaycan Super Liqasının açılışı keçirildi


Voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqanın açılış mərasimi keçirilib.

Sportfm.az xəbər verir, açılış mərasimində Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov dövlət səviyyəsində idmana və idmançılara göstərilən qayğıdan danışıb. 

O, çempionatda yeni komandaların və gənc voleybolçuların iştirak etməsini sevindirici hal kimi dəyərləndirib. C.Qurbanov bütün valideynlərə üzünü tutaraq, övladlarını idmana, o cümlədən voleybola yönləndirməyə çağırıb. Hədəflərinin Avropa miqyasında uğurlar əldə etməkdən ibarət olduğunu deyən federasiya prezidenti bunun üçün peşəkar rəhbər komandanın formalaşdırıldığını vurğulayıb. Azarkeşlərə də müraciət edən qurum rəhbəri hər oyunda uduşların keçiriləcəyini diqqətə çatdırıb. 

Sonda o, hamını Azərbaycan çempionatının başlaması münasibətilə təbrik edib.

Daha sonra Azərbaycan himni səsləndirilib və çempionat rəsmən açıq elan olunub.

Oxşar xəbərlər

Voleybol Federasiyasının yeni prezidenti açıqlandı - RƏSMİ
İçinxorloo Azərbaycan çempionu oldu
Voleybolçular ilin yekunlarını müzakirə etdilər
Bakıda grappling və grappling-gi üzrə dünya çempionatına start verildi
Voleybol yığmaları ilə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər