Voleybolçular ilin yekunlarını müzakirə etdilər
Fevralın 24-də Azərbaycan Voleybol Federasiyasının (AVF) 2016-2017-ci illərdəki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib.
Sportfm.az xəbər verir ki, Voleybol Mərkəzində keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə AVF-in prezidentinin müşaviri, Rəyasət Heyətinin üzvü, Yeni Azərbaycan Partiyasının “Voleybolçular” ərazi ilk partiya təşkilatının sədri Əbülfəz Hüseynov, federasiyanın vitse-prezidenti Vəsilə Abulova məruzələrlə çıxış ediblər.
Sonra Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. S.Novruzov voleybolun inkişafı istiqamətində görülən işlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə voleybolçularımızın qazandıqları nailiyyətlərdən, uşaqların idmana cəlb olunması istiqamətində federasiyanın gördüyü məqsədyönlü işlərdən danışıb.
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı ölkəmizdə irimiqyaslı yarışların yüksək səviyyədə təşkil olunduğunu, idman infrastrukturunun beynəlxalq standartlara cavab verdiyini bildirib və voleybolçularımızın bundan sonra da uğurlar qazanacaqlarına əminliyini ifadə edib.
Son illər voleybolçularımızın bir sıra uğurlar qazandıqlarını diqqətə çatdıran Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov bildirib ki, ölkəmizdə idmanın bu növünün inkişafının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Voleybol üzrə böyük uğurların qazanılmasında Prezident İlham Əliyevin bu sahəyə yüksək diqqət və qayğısı mühüm rol oynayır.
Qarşıda yeni hədəflərin olduğunu vurğulayan C.Qurbanov deyib ki, yeni zalların istifadəyə verilməsi, yerli mütəxəssislərin yetişdirilməsi və uşaqların idmanın bu növünə cəlb olunması perspektiv planlarda mühüm yer tutur.
Tədbir konsert proqramı ilə davam edib. (azertag.az)
Oxşar xəbərlər
Voleybol Federasiyasının yeni prezidenti açıqlandı - RƏSMİ
Yeni federasiyanın təqdimat mərasimi keçirildi - Azərbaycanda
Azərbaycan Gimnastika Federasiyasının ümumi yığıncağı keçirildi
Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olundu
Voleybol federasiyasında yeni prezident - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası