reklam
İdman yarışında gözəl müxbiri biabır etdilər -
Sportfm.az xəbər saytı

İdman yarışında gözəl müxbiri biabır etdilər -VİDEO


Gənc müxbir standap zamanı pis vəziyyətə düşüb.

Sportfm.az xəbər verir ki, Corciya ştatında yaşayan Aleks Bozarcan adlı qadın müxbir idman yarışından reportaj hazırlayarkən 43 yaşlı kişinin əxlaqsız hərəkətinə görə canlı yayımda biabır olub.

Belə ki, idmançılar müxbirin yanından keçərkən kameraya əl ediblər. Bu əsnada, 43 yaşlı idmançı Aleksin yanından keçərkən onun ombasına şillə vurub.

Həmin anlar efirdə yayımlanıb. Pis vəziyyətdə qalan müxbir bir neçə saniyəlik duruxsa da, sonradan yayımı kəsmədən həmin adamın ünvanına sərt ifadələr işlədib. O, daha sonra həmin şəxslə bağlı polisə müraciət edib.

43 yaşlı şəxsin kimliyi müəyyənləşdirilib. Tomas Kallevey ifadəsində etdiklərinə görə peşman olduğunu bildirib. Məhkəmə onun 1 il müddətinə həbs edilməsi ilə bağlı qərar çıxarıb.

Oxşar xəbərlər

Türkiyədə baş pəhləvanın qətlində azərbaycanlı iş adamının izi
Diniyevin evi qarət edildi
Boksçu canlı yayımda jurnalisti öpdü - VİDEO
Canlı yayımda gözəl müxbiri qucaqlayıb öpdü - VİDEO
İdmançı 7 qadına qarşı zor tətbiq etdiyini boynuna alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər