reklam
Azərbaycan çempionatının ilk oyunları açıqlandı
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatının ilk oyunları açıqlandı


Voleybol üzrə Azərbaycan çempionatı dekabrın 14-də Dərnəgüldəki Voleybol Mərkəzində start götürəcək.  

Sportfm.az xəbər verir ki, əvvəlcə qadınların yarışdığı Superliqanın "Azərreyl" - "Abşeron" görüşü keçiriləcək.

Bu oyunun ardından açılış mərasimi başlayacaq. Daha sonra kişilərdən ibarət “Lokomotiv” və “Neftçi” komandaları üz-üzə gələcək. 

Qeyd edək ki, Superliqada "Azərreyl" və "Abşeron"dan əlavə, "Lokomotiv", "Mübariz", UNEC və Gürcüstan komandaları mübarizə aparacaq. Kişilər arasında Yüksək Liqada isə "Lokomotiv" və "Neftçi"dən əlavə, "Azərreyl", MOİK, "Xilasedici", "Sərhədçi" və Gürcüstan çıxış edəcək. Çempionat 2 dövrədən və pley-off mərhələsindən ibarət olacaq.

Oxşar xəbərlər

Gürcüstan komandaları Azərbaycan çempionatında mübarizəyə başlayır
"Azərreyl" II dövrəni də qalib başa vurdu
"Azərreyl" qalibiyyətlə başladı
Azərbaycan çempionatı başlayır - cəmi 4 komanda ilə
Azərbaycan çempionatının təqvimi məlum oldu - İlk dövrə fevralın 2-də yekunlaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər