İtaliya klubundan tarixi uğur
İtaliyanın “Atalanta” klubu tarixi uğura imza atıb.
Sportfm.az xəbər verir ki, A Seriyası təmsilçisi ilk dəfə UEFA Çempionlar Liqasında pley-offa yüksəlib.
Maraqlıdı ki, sözügedən komanda ümumiyyətlə Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə mübarizə aparırdı. Amma debüt mövsümündəki ilk oyununda Zaqreb “Dinamo”suna 0:4 hesabıyla uduzmasına, ardından “Mançester Siti” və Donetsk “Şaxtyor”una məğlub olmasına baxmayaraq, sözügedən komanda son üç oyunda bu rəqiblərindən qisas almaqla pley-offa vəsiqəni təmin edib.
Öncə doğma meydanda “Mançester Siti” ilə heç-heçə (1:1) edən “Atalanta”, “Dinamo”ya 2:0, bu gün isə “Şaxtyor”a 3:0 hesabıyla qalib gəlməklə böyük sürprizə imza atıb. 14 xalla qrup lideri olan “Mançester Siti”nin ardından 7 xalla ikinci olan İtaliya təmsilçisi “Şaxtyor”u 1, “Dinamo”nu 2 xal qabaqlayıb.
Oxşar xəbərlər
PSJ-dən müthiş performans - 7 qol - Çempionlar Liqası
“Yuventus” İsrail klubuna uduzdu - Çempionlar Liqası
“Milan” “Çelsi”yə qarşı - Çempionlar Liqası
"Şerif" xorvatları biabır etdi - Çempionlar Liqası
“Real”dan antirekord - Çempionlar Liqasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası