PSJ-dən müthiş performans - 7 qol -Çempionlar Liqası
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, 4 qrup çərçivəsində daha 8 oyun baş tutub.
E qrupunda “Çelsi” Avstriyada “Zalsburq”a qalib gəlməklə 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su “Milan”ı qəbul edib. 25 yaşlı forvard bu görüşün sonunadək ehtiyatda qalıb. Komandası isə doğma meydanda darmadağına üzülüb.
F qrupunda “Leypsiq” doğma meydanda Madrid “Real”ına qalib gəlib. Donetsk “Şaxtyor”u isə Şotlandiyada “Seltik”lə bərabərə qalıb.
G qrupunda “Sevilya” doğma meydanda “Kopenhagen”i 3 cavabsız qolla yenib. Digər oyunda isə Dortmund “Borussiya”sı ilə “Mançester Siti” üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb. Amma bu heç-heçə Almaniya təmsilçisinin 1/8 finala yüksəlməsi üçün yetərli olub.
H qrupunda isə PSJ və “Benfika” 1/8 finala vəsiqəni təmin ediblər. Paris klubu evdə Hayfa “Makkabi”sini böyük hesabla məğlub edibsə, Lissabon təmsilçisi də “Yuventus”a qalib gəlib.
Xatırladaq ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bayern”, İspaniyanın “Real” və İngiltərənin “Mançester Siti” komandaları pley-off vəsiqəni təmin etmişdilər.
Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur
25 oktyabr
E qrupu
Zalsburq (Avstriya) – Çelsi (İngiltərə) 1:2
Qol: Adamu, 49 – Kovaçiç, 23. Haverts, 64.
Dinamo (Zaqreb, Xorvatiya) – Milan (İtaliya) 0:4
Qol: Qabbia, 39. Leao, 49. Jiru, 59. Lyubiçiç, 69-öz qapısına.
Xal: Çelsi – 10. Milan – 7. Zalsburq – 6. Dinamo – 4.
F qrupu
Seltik (Şotlandiya) – Şaxtyor (Donetsk, Ukrayna) 1:1
Qol: Yakumakis, 34 – Mudrik, 58.
Leyptsiq (Almaniya) – Real (İspaniya) 3:2
Qol: Qvardiol, 13. Nkunku, 18. Verner, 81 – Vinisius, 44. Rodriqo, 90+4-pen.
Xal: Real – 10. Leyptsiq – 9. Şaxtyor – 6. Seltik – 2.
G qrupu
Sevilya (İspaniya) – Kopenhagen (Danimarka) 3:0
Qol: En Nesiri, 61. İsko, 88. Montyel, 90+2.
Borussiya (Dortmund, Almaniya) – Mançester Siti (İngiltərə) 0:0
Xal: Mançester Siti – 11. Borussiya – 8. Sevilya – 5. Kopenhagen – 2.
H qrupu
PSJ (Fransa) – Makkabi (Hayfa, İsrail) 7:2
Qol: Messi, 19; 45. Mbappe, 32; 64. Neymar, 35. Qoldberq, 67-öz qapısına. Soler, 84 – Sek, 38; 50.
Benfika (Portuqaliya) – Yuventus (İtaliya) 4:3
Qol: A.Silva, 17. J.Mario, 28-pen. R.Silva, 35; 50 – M.Kin, 21. Milik, 77. Makkenni, 79.
Xal: PSJ – 11. Benfika – 11. Yuventus – 3. Makkabi – 3.
Oxşar xəbərlər
Qrup mərhələsində sonuncu tur - Çempionlar Liqası
Emrelinin komandası "Milan"la qarşılaşacaq - Çempionlar Liqası
“Yuventus” İsrail klubuna uduzdu - Çempionlar Liqası
“Milan” “Çelsi”yə qarşı - Çempionlar Liqası
Zaqrebdə sensasiya oldu, Mahir kənarda qaldı - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
“Şahdağ Qusar” “Cəbrayıl”la bərabərə qaldı - I Liqa
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası