reklam
Azərbaycan Premyer Liqasının acı tablosu - 4 oyuna 3900 azarkeş
Sportfm.az xəbər saytı

Azərbaycan Premyer Liqasının acı tablosu - 4 oyuna 3900 azarkeş


Premyer Liqada 14-cü turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

Sportfm.az xəbər verir ki, ən yüksək göstərici Masazırda qeydə alınıb. "Sabah"ın "Bank Respublika Arena"da "Neftçi"yə uduzduğu (0:2) oyunu 2000 azarkeş izləyib. 

“Sumqayıt”ın "Kapital Bank Arena"da “Qəbələ” ilə heç-heçə etdiyi oyunda (1:1) 1100 azarkeş qeydə alınıb. 

Ən aşağı göstərici isə “Neftçi” – “Qəbələ” (4:1) görüşündə qeydə alınıb. “Bakcell Arena”da 450 azarkeş olub. 

Zirə İdman Kompleksinin stadionuda baş tutan “Zirə” – “Səbail” görüşünü (4:1) 300 nəfər stadiondan izləyib. "Qarabağ"ın Tofiq Bəhramov adına Respublika Stadionunda "Keşlə" ilə bərabərə qaldığı matçda (2:2) 500 azarkeş tribunalarda olub. 

Ümumilikdə turun 4 oyununda 3900 azarkeş olub. Bu da orta hesabla hər matçı 975 nəfərin izləməsi deməkdir.

Oxşar xəbərlər

Premyer Liqanın 6-cı turunu neçə azarkeş izlədi?
27-ci turda 4910 tamaşaçı!
Topaz Premyer Liqasının 22-ci turunda neçə azarkeş qeydə alındı?
"Kəpəz"in oyununda 1000, "Neftçi"də 4000 - FOTO
Azərbaycan Premyer Liqasında daha bir antirekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər