Baqali Dabo Messini qabağladı
Avropanın ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Sportfm.az-ın məlumatına görə, Rumıniyanın Prosport.ro portalı UEFA-ya üzv olan ölkələrin milli çempionatlarının bombardirlərini müqayisə edib. Bu futbolçuların qol sayının meydanda olduğu dəqiqələrə nisbətinə görə tərtib olunan siyahıda 14 oyunçu yer alıb. Cədvələ "Qəbələ”nin hücumçusu Baqali Dabo başçılıq edir.
Topaz Premyer Liqasının bombardiri rəqib qapılarından keçirdiyi 7 qolu meydanda olduğu 452 dəqiqə ərzində vurub. Bu isə o deməkdir ki, fransalı legioner orta hesabla hər 64 dəqiqədən bir qol sevinci yaşayır. Bu göstərici Avropada ən yüksək rəqəmdir.
Dabo ən yaxın izləyicisi Bolqarıstanın "Lüdoqorets” klubunda çıxış edən Klaudiu Keşerunu 4 dəqiqə qabaqlayır. Siyahıda "Böyük Beşlik” ölkələrindən Almaniya, İtaliya, Fransa və İspaniya çempionatlarının bombardirləri də yer alıb. Bundesliqada 70 dəqiqədən bir fərqlənən Antoni Modeste, Liqa 1-də 77 dəqiqəyə bir qol vuran Edinson Kavani, Primerada hər qol üçün 82 dəqiqə sərf edən Lionel Messi və A seriyasında 88 dəqiqəlik intervalla rəqib qapısına yol tapan Edin Dzeko kimi ulduzlar da Dabodan geri qalıb.
1. Bagali Dabo ("Qəbələ”, Azərbaycan) – 64 dəqiqə
2. Klaudiu Keşeru ("Lüdoqorets”, Bolqarıstan) – 68 dəqiqə
3-4. Antoni Modeste ("Köln”, Almaniya) – 70 dəqiqə
Musa Mareqa ("Gimaraynş”, Portuqaliya) – 70 dəqiqə
5. Edinson Kavani (PSJ, Fransa) – 77 dəqiqə
6-7. Lionel Messi ("Barselona”, İspaniya) – 82 dəqiqə
Matt Derbişir ("Omoniya”, Kipr) – 82 dəqiqə
8-9. Edin Dzeko ("Roma”, İtaliya) – 88 dəqiqə
Saba Lobjanidze ("Çixura”, Gürcüstan) – 88 dəqiqə
10. Deni Alar ("Şturm”, Avstriya) – 89 dəqiqə
11. Braun İdeye ("Olimpiakos”, Yunanıstan) – 92 dəqiqə
12. Boyan Kalyeviç ("Baltsan”, Malta) – 93 dəqiqə
13. Süleyman Krpiç ("Sloboda”, Bosniya və Herseqovina) – 98 dəqiqə
14. Azdren Luliaku ("Qaz Metan”, Rumıniya) – 103 dəqiqə
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı 28.03.2024, 16:10
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |