reklam
Nazim Süleymanov yeni təşkilat yaratdı
Sportfm.az xəbər saytı

Nazim Süleymanov yeni təşkilat yaratdı


Futbol İctimaiyyəti Azad Həmkarlar İttifaqının nümayəndələri Şirvana səfər edib.

Sportfm.az xəbər verir ki, səfərin məqsədi Şirvanda itifaqın yerli təşkilatını yaratmaq olub.

Qurumun sədri Nazim Süleymanov, üzvləri, Səmadağa Şıxlarov və Novruz Əzimovun iştirak etdiyi iclasda Tahir Əliyev yerli futbol ictimaiyyətinin səsverməsi ilə Şirvan şəhəri üzrə təşkilatın rəhbəri seçilib.

Tahir Əliyev keçmiş SSR dövründə məşhur turnirlərdən hesab olunan "Dəri topu" yarışının qalibi olub. Nazim Süleymanov deyib ki, bununla da bölgələr üzrə yaradılan təşkilatın sayı 4-ə çatıb və yaxın günlərdə Sumqayıtda da analoji addım atılacaq.

Qurum indiyə qədər İmişli, Masallı və Lənkəranda yerli təşkilatlar yaradıb.

Oxşar xəbərlər

Nazim Süleymanov sədr seçildi
Nazim Süleymanov yığmanın baş məşqçisi ilə görüşdü - FOTO
Nazim Süleymanov Buzovnada görüş keçirdi - FOTO
"Bu gün həmin şəxslər futbol təsərrüfatından uzaq salınıblar" - Nazim Süleymanov
Nazim Süleymanov Gəncənin futbol veteranlarını ətrafına yığdı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər