Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Muaremdən 30-cu qol
Topaz Premyer Liqasının AZAL-la oyununda komandasına 1:0 hesablı qələbə qazandıran qolun müəllifi olan Muarem Muarem "Qarabağ”ın heyətində 30-cu dəfə rəqib qapısına yol tapıb. Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi yubiley qolunu Ağdam təmsilçisindəki 159-cu matçında vurub. Muarem çempionatdakı 118 qarşılaşmada 22, 19 kubok matçında 4, avrokuboklardakı 22 görüşdə 4 dəfə fərqlənib. İlk qolunu 2012-ci il aprelin 22-də "Bakı” ilə çempionatdakı ev oyununda (2:4) vuran yarımmüdafiəçi komandasının öz meydanındakı matçlarda 14, səfərdə 15 dəfə rəqib qapısına yol tapıb. Daha bir qolu neytral meydanda vuran makedoniyalı 3 dubl müəllifidir. Səfərdə qeydə alınan dubllardan ikisi çempionat, biri kuboka təsadüf edib.
|
Mövsüm |
Premyer Liqa |
kubok |
Avrokubok |
|
2011/12 |
1 |
1 |
- |
|
2012/13 |
5 |
- |
- |
|
2013/14 |
4 |
- |
- |
|
2014/15 |
7 |
1 |
2 |
|
2015/16 |
3 |
2 |
- |
|
2016/17 |
2 |
- |
2 |
|
Cəmi |
22 |
4 |
4 |
Oxşar xəbərlər
35 yaşda 50-ni vurdu
Amil Yunanovdan 40-cı qol
"Zirə"nin futbolçusu "100-lüy"ə çatdı
«Qəbələ» - «Neftçi»: 37-ci qarşılaşma
"İnter" – "Qəbələ" matçı rəqəmlərin gözü ilə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası