Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Güləşçilərimiz açıq Rusiya kubokunda güclərini sınayacaqlar
Noyabrın 22-də Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya kuboku yarışına start veriləcək.
Sportfm.az xəbər verir ki, iki gün davam edəcək turnirdə Rusiya, Azərbaycan və Qırğızıstanın qadın güləşçiləri mübarizə aparacaqlar.
Ölkəmizi yarışda məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Birgül Soltanova (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko, Jalə Əliyeva (hər ikisi 62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcəklər.
Proqrama əsasən, noyabrın 22-də bütün çəkilərdə finalçılar müəyyənləşəcək. Təsəlliverici və medallar uğrunda qarşılaşmalar isə noyabrın 23-də keçiriləcək.
Oxşar xəbərlər
Qadın güləşçilərimiz Serbiyaya yollanır - Dünya çempionatı
Rusiyada azərbaycanlı Tatyana gümüş qazandı - FOTO
Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
Qadın güləşi üzrə Azərbaycan yığması Avropa çempionatına 6 legionerlə yollanır
Qadın güləşçilərimiz Dünya Kuboku uğrunda yarışacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Dinamo" Zaqrebə qarşı - Gənclər Liqası
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
FIFA və AFFA rəhbərliyi yığmamızın oyununu izlədi
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Futbolçularımız Çili ilə üz-üzə - FIFA U-15 dünya çempionatı













Misli Premyer Liqası