reklam
Qadın güləşi üzrə Azərbaycan yığması Avropa çempionatına 6 legionerlə yollanır
Sportfm.az xəbər saytı

Qadın güləşi üzrə Azərbaycan yığması Avropa çempionatına 6 legionerlə yollanır


30 aprel - 6 may tarixlərində Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək. 
Sportfm.az xəbər verir ki, Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirən qadın güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçirilib və Avropa çempionatında iştirak edəcək güləşçilərin adları açıqlanıb. 

Baş məşqçi Aslan Ağayevin rəhbərlik etdiyi məşqçilər korpusu Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyevaya (76 kq) şans verib.
Proqrama əsasən, Avropa çempionatı aprelin 30-da yunan-Roma güləşçilərinin mübarizəsi ilə başlayacaq. Ardınca mayın 2-4-də qadın, 4-6-da sərbəst güləşçilər qüvvələrini sınayacaqlar. 

Oxşar xəbərlər

Millimizin heyəti açıqlandı - Avropa çempionatı üçün
Millinin Avropa çempionatı üçün heyəti - SİYAHI
Millimizin ilk sınağı Fransada olacaq
Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı
Avropa Çempionatına tam heyətlə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər