Respublika Çempionatında 96 idmançı mübarizə aparacaq
Noyabrın 20-də badminton üzrə Azərbaycan çempionatına start veriləcək.
Sportfm.az xəbər verir ki, turnirdə Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Quba, Qusar və Lənkərandan 38 qadın və 58 kişi badmintonçu 5 kateqoriya üzrə yarışacaq.
Azərbaycan çempionatı olimpiya sistemi üzrə 1-4 yerləri təyin etməklə keçirilir. Yarışlar 3 mərhələ üzrə oynanılacaq. Turnirdə bütün kateqoriyalar üzrə 1-3 yerləri tutmuş idmançılar Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar.
Oyunların idarə olunması Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən təsdiq olunmuş hakimlər kollegiyasına həvalə olunacaq. Azərbaycan çempionatının keçirilməsində məqsəd şəhər və rayonlarda badmintonun yayılmasına və inkişafına nail olmaq, perspektivli badmintonçuları aşkar etmək, beynəlxalq yarışlar üçün milli komandanın heyətini müəyyənləşdirməkdir.
Yarışın açılış mərasimi saat 15:30-da keçiriləcək. Turnirə noyabrın 23-də yekun vurulacaq.
Oxşar xəbərlər
Badmintonçumuzdan tarixi lisenziya - Tokio-2020
Avropa çempionatı Kiyevdə keçiriləcək
Bakıda beynəlxalq badminton turnirinə start verildi - FOTO
Badminton üzrə Azərbaycan çempionatı keçiriləcək
Badminton üzrə Azərbaycan çempionatının qalibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası