reklam
Atletlərimiz Türkiyədə mükafat qazana bilmədi
Sportfm.az xəbər saytı

Atletlərimiz Türkiyədə mükafat qazana bilmədi


Noyabrın 14-17-si tarixlərində Türkiyənin Qaziantep şəhərində keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb. 

Sportfm.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edib. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxıblar.  Dünən millimizin üzvlərindən Füqan Əliyev mübarizəyə qoşulub. O, kişilərdə 81 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz toplam 291 kq (131+160) nəticə ilə bu çəkidə 5-ci yeri tutub.  Yığmamızdan son olaraq bu gün Tarmenxan Babayev qüvvəsini sınayıb. O, kişilərdə 96 kq çəki dərəcəsində yarışıb. Atletimiz toplam 313 kq (143+170) nəticə ilə 7-ci yeri tutub.

Oxşar xəbərlər

İsmayılova gümüş medal qazandı - Beynəlxalq turnir
Atletimiz Qətərdə qızıl medal qazandı
Atletimiz Avropa üçüncüsü oldu
Ağırlıqqaldıranımız beynəlxalq turnirdə qızıl medal qazandı
Tarmenxan Babayev Avropa Çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər