reklam
Ağırlıqqaldıranımız beynəlxalq turnirdə qızıl medal qazandı
Sportfm.az xəbər saytı

Ağırlıqqaldıranımız beynəlxalq turnirdə qızıl medal qazandı


Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Türkiyənin Qaziantep şəhərində keçirilən üçqat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə qızıl medal qazanıb. 

Sportfm.az xəbər verir ki, B.Kostova (59 kq) toplam 224 kq (100+124) nəticə ilə bütün rəqiblərini geridə qoyub. 

2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan yarışda baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxacaqlar.

Qeyd edək ki, Türkiyədəki turnirdə 20-dən çox ölkədən 80-nə yaxın idmançı çıxış edir. 

Oxşar xəbərlər

İdmançımızdan Türkiyədə gümüş medal
İsmayılova gümüş medal qazandı - Beynəlxalq turnir
İdmançımızdan böyük uğur - Qızıl medal qazandı
Atletimiz Qətərdə qızıl medal qazandı
Atletlərimiz Türkiyədə mükafat qazana bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər