reklam
Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı
Sportfm.az xəbər saytı

Türkiyə millisində 9 futbolçu heyətdən çıxarıldı


Avro-2020-yə vəsiqəni təmin edən Türkiyə milli komandasının heyətində dəyişiklik edilib.

Sportfm.az xəbər verir ki, baş məşqçi Şenol Günəş seçmə mərhələnin sonuncu turunda Andorra ilə görüşdən əvvəl 9 futbolçunu heyətdən çıxarıb.

Bunlar Əmrə Bəlözoğlu, Burak Yılmaz, Cengiz Ündər, Cenk Tosun, Çağlar Söyüncü, Efecan Karaca, İrfan Can Kahveci, Mahmut Tekdemir və Mərt Günokdur. Əvəzində yığmaya Əhməd Qutucu, Berkay Özcan, Güvən Yalçın və Mert Müldür dəvət olunub.

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Andorra – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Oxşar xəbərlər

Türkiyə millisinin Bakıya gətirəcəyi heyət məlum oldu - Siyahı
Türkiyə millisinin heyəti açıqlandı - AVRO-2020
Türkiyə millisinin heyəti açıqlandı - SİYAHI
Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı - SİYAHI
Türkiyə millisinə 28 futbolçu çağırıldı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər